Fələstin müqavimət qrupları sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Querin Məscidül-Əqsaya qarşı təhqiramiz hərəkətini pisləyib, bunu İslam ümmətinin müqəddəs məkanlarını yəhudiləşdirmək və onlara hökmranlıq etməkdə işğalçıların sui-qəsdlərinin irəliləyişinin əlaməti hesab ediblər.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) yaydığı bəyanatında sionist radikal nazirin Məscidül-Əqsaya hücumunu təxribat xarakterli addım və Məscidül-Əqsanın yəhudiləşdirilməsi istiqamətində edilən təhlükəli bir hərəkət kimi qiymətləndirib.
HƏMAS öz bəyanatında vurğulayıb ki, Fələstin torpağında işğalçıların cinayət və təcavüzlərinə qarşı mübarizə aparan müqavimətli Fələstin xalqı sionistlərin Məscidül-Əqsanı yəhudiləşdirməsinə icazə verməyəcək.
HƏMAS hərəkatı İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasını müsəlmanların birinci qibləsinə qarşı bu məqsədyönlü təcavüzlərə son qoymaq üçün təcili və ciddi addımlar atmağa, işğalçı rejimi Qüdsdə və bütün işğal olunmuş Fələstində müsəlman və xristianların müqəddəs yerlərini yəhudiləşdirmə cinayətini dayandırmağa məcbur etməyə çağırıb.
Fələstinin Mücahidlər Hərəkatı da yaydığı bəyanatda Ərəb və İslam hökumətlərinin Məscidül-Əqsaya davamlı hücumları ilə bağlı susqunluğunu pisləyib.
Bu hərəkatın bəyanatında bildirilir ki, Ben Querin Məscidül-Əqsaya yeni təcavüzü bu müqəddəs məkanı gözləyən böyük təhlükəni göstərir.
Fələstin müqavimət qrupları: Məscidül-Əqsanın təhqir olunması pislənir