Yəmənin Ənsarullah Hərəkatı Təl-Əvivi vurdu

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Yəmən silahlı qüvvələrinin işğal olunmuş bölgələrdə İsrailin paytaxtı Təl-Əvivi pilotsuz təyyarə ilə hədəfə aldığını açıqlayıb.

İsrail mediası pilotsuz təyyarə hücumunun baş verdiyini elan etdikdən sonra Yəmən silahlı qüvvələri qısa bir bəyanatla bu xüsusi əməliyyatla bağlı mühüm açıqlama verəcəklərini bildiriblər.

Bundan sonra Yəhya Səri Yəmən silahlı qüvvələrinin Tvitter hesabında bildirib ki, yaxın vaxtlarda dərc olunacaq bu bəyanat Təl-Əvivə hücumun təfərrüatlarından bəhs edir.

İsrail mediası səhər saatlarında Təl-Əvivə pilotsuz təyyarə hücumundan danışıb. Bu media mənbələrinə görə, bu dron Ben Yehuda küçəsindəki bir binaya düşüb və hücumdan əvvəl heç bir xəbərdarlıq sirenləri eşidilməyib.