Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin şikayətini araşdırmağa başlayıb.
Məhkəmə işi Hacıyevin 2022-ci ilin dekabrında həbs edilməsi və ona qarşı açılan cinayət işi çərçivəsində aparılan axtarış və götürmə əməliyyatı ilə bağlıdır.
Fəal AİHM qarşısında məhkəməyəqədər həbsinin qanunsuz və siyasi motivli olmasından, habelə onun Bakıda yaşadığı evdə və avtomobilində aparılan axtarış əməliyyatının qanunsuzluğundan şikayətlənib.
Avropa Məhkəməsi iddia olunan pozuntularla bağlı tərəflərə suallarını ünvanlayıb.
Bəxtiyar Hacıyev ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 5 (Azadlıq və Toxunulmazlıq hüququ), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 18-ci maddələri (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) üzrə qorunan hüquqlarının pozulduğunu iddia edir.
Hacıyev ilkin olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunaraq həbs edilib.
Daha sonra ötən il iyunun 16-da Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə yeni ittihamlar irəli sürülüb.
Ötən ilin noyabrında isə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Siyasi sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə və ictimai-siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Öz növbəsində, Daxili İşlər Nazirliyi bu ittihamların əsassız olduğunu bəyan edib.
Bu günədək bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları Bəxtiyar Hacıyevə qarşı əsassız təqiblərə son qoyulmasına və onun azad edilməsinə dair çoxsaylı çağırışlar ediblər.
Bəxtiyar Hacıyevə qarşı cinayət işi çərçivəsində evində axtarış aparılan Ş. Əlixanovanın da ərizəsi Avropa Məhkəməsi tərəfindən araşdırılmağa başlanıb.
Əlixanova axtarış və götürmə əməliyyatının onun şəxsi həyatına qanunsuz müdaxilə olduğunu iddia edir.
AİHM həmçinin COVID-19 məhdudiyyətlərindən Azərbaycandan göndərilmiş şikayəti araşdırmağa başladığını bildirib.
Ərizəçi Fərrux Əliyev 2020-ci ildə karantin qaydalarının pozulması əsası ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə ittiham edilərək 1 aylıq inzibati həbsə məhkum edilib. Bununla yanaşı, işin hallarında heç bir rəsmi qərar olmadan onun iki mobil telefonu müstəntiqlər tərəfindən götürüldüyü bildirilir.
Əliyev AİHM qarşısında milli məhkəmələrin öz qərarlarını əsaslandırmadığını, ona pulsuz hüquqi yardım edilmədiyini, bununla da Konvensiyanın 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ) ilə qorunan hüquqlarının pozulduğunu və mobil telefonlarının götürlüməsi ilə şəxsi həyatına qanunsuz müdaxilə olunduğunu iddia edib.
Avropa Məhkəməsi Bəxtiyar Hacıyevin işini araşdırmağa başlayıb