Ali Mıqamlı Rəhbərin hüzurunda əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib

İmam Zeynül-Abidinin (ə) şəhadəti gecəsində İslam İnqilabının Aliməqamlı Rəhbəri və İmam Hüseyn (ə) və onun vəfalı köməkçilərinin əzadarlarından bir qrupunun iştirakı ilə dünən gecə İmam Xomeyni adına Hüseyniyyədə əzadarlıq mərasiminin sonuncu gecəsi keçirilib.

Ali Məqamlı Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, İmam Zeynül-Abidinin (ə) şəhadəti gecəsində keçirilən bu mərasimdə Höccətüh-İslam Siddiqi çıxış edib. Mehdi Rəsuli isə Kərbəla şəhidləri və Həzrət Seyyidüş-Şühədanın (ə) matəmində mərsiyyələr və növhələr oxuyub.