18 July 2024

Ayətullah Sistani Omanda İŞİD-in şiə məscidinə hücumunu pislədi

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistani Omanda İŞİD-in şiə məscidinə hücumunu pisləyib.

Böyük mərcə Oman şiələrinin lideri Şeyx İhsan Əl-Ləvatiyə bu hücumdan təəssüfləndiyini və kədər hissi ilə bu xəbəri aldığını qeyd edib.

14 yaşlı futbolçu ABŞ çempionatının tarixinə düşüb

"Filadelfiya Yunion" klubunun futbolçusu Kavan Sallivan ABŞ-nin əsas çempionatı olan MLS-in tarixinə düşüb.

Yarımmüdafiəçi MLS tarixində meydana çıxan ən gənc futbolçu olub.

O, bunu "Nyu-İnqlend Revolyuşn" ilə oyunda reallaşdırıb. Futbolçu bu matçda meydana çıxarkən 14 yaş 293 günlüyündə olub. K.Sallivan 85-ci dəqiqədə Taya Baribonu əvəzləyib.

Məhkəmə həbsdə ölən sabiq icra başçısının 600 minlik əmlakı ilə bağlı qərar verdi

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə başa çatıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu gün Ali Məhkəmə məsələ ilə bağlı yekun qərar verib.

N.Quliyevin hüquqi varisi qismində tanınmış qardaşı 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi.

İsrailli nazir polisin mühafizəsi altında yenidən Əl-Əqsada

İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında soyqırım həyata keçirən Məscidül-Əqsada təxribatlarını davam etdirir. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Məscidül-Əqsaya gəlib.

İfrat sağçı ekstremist Ben Qvir İsrail işğalçı qüvvələrinin ciddi mühafizəsi altında Məscidül-Əqsaya daxil olub.

O, Məscidül-Əqsa səfəri zamanı verdiyi açıqlamada Qəzzada atəşkəs razılaşmasının əleyhinə olduğunu və İsrail ordusunun hücumları davam etdirməli olduğunu bildirib.

Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.

Operativtv.com Oxu.Az-a istinadla verdiyi məlumata görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyi yanında İran İslam Respublikasının milli əlaqələndiricisi Mehrdad Kiyaei xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca və Şri-Lanka da müraciət edən ölkələr siyahısındadırlar.

İsrail ordusu ultra-pravoslav yəhudilərə çağırış vərəqələri göndərməyə başlayır

İsrail ordusu bazar günündən etibarən ultra-pravoslav yəhudi kişilərə çağırış vərəqələri göndərməyə başlayacağını açıqlayıb.

İsrail ordusu çərşənbə axşamı bildirib ki, bazar günündən etibarən ultra-pravoslav yəhudi kişilərə çağırış vərəqələri göndərməyə başlayacaq.

Müxtəlif ölkələrdə Şami-Qəriban mərasimi keçirilib

İmam Hüseynin Şami-Qəriban gecəsində müsəlmanlar dünyanın müxtəlif ölkələrində matəm mərasimləri keçiriblər.

Məhərrəm ayının 10-cu günü Aşura günü və şiələrin üçüncü İmamı, Həzrət İmam Hüseynin (ə) şəhadətinin ildönümü günüdür. 

Şami Qəriban" mərasimi imam Hüseynin (ə) əhli beytinin didərginliyi və Kərbəla hadisəsinin əsir düşmüş uşaqlarını xatırladır, hansı ki,  Aşura gününün qürub çağında Kərbəla səhransında və gecənin qaranlığında köməksiz vəziyyətdə qalmışdılar.