İsrail ordusu bazar günündən etibarən ultra-pravoslav yəhudi kişilərə çağırış vərəqələri göndərməyə başlayacağını açıqlayıb.
İsrail ordusu çərşənbə axşamı bildirib ki, bazar günündən etibarən ultra-pravoslav yəhudi kişilərə çağırış vərəqələri göndərməyə başlayacaq.
İsrail və Qəzza zolağına hakim olan HƏMAS arasında münaqişələr oktyabrın 7-dən davam edərkən, İsrail Ali Məhkəməsi iyunun 25-də ölkədəki ultra-pravoslav yəhudi (Haredi) ilahiyyatçı tələbə oğlanların məcburi hərbi xidmətdən azad edilə bilməyəcəyinə dair qərar verib. Haredi icmasının liderləri dini təhsilin ölkənin gələcəyi üçün eyni dərəcədə vacib olduğunu və dindarların hərbi xidmət etsələr, nəsillər boyu davam edən həyat tərzinin təhlükə altına düşəcəyini deyirlər.
Hərbçilərin çağırış vərəqəsini verməsi aylarla davam edəcək qeydiyyat prosesinin başlanğıcı kimi qiymətləndirilir. Məcburi hərbi xidmətdən geniş şəkildə imtina edildiyi təqdirdə onun necə həyata keçiriləcəyi ilə bağlı qeyri-müəyyənlik qalır.
İsrail ordusundan ultra-pravoslav yəhudi kişilərin nə vaxt xidmətə başlayacağı və ya neçə nəfərin hərbi xidmətə çağırılacağı ilə bağlı heç bir açıqlama verilməyib.
Ultra-pravoslav kişiləri hərbi xidmətə dəvət cəhdləri Haredi icmasında kütləvi etirazlara səbəb olub.
Yüzlərlə ultra-pravoslav kişi çərşənbə axşamı İsrailin mərkəzində, Tel-Əviv yaxınlığındakı Bnei Brak şəhərində əsas magistral yolu bir neçə saat ərzində bağlayıb. İsrail polisi etirazlar zamanı 9 nəfərin həbs olunduğunu açıqlayıb.
İsrail ordusu ultra-pravoslav yəhudilərə çağırış vərəqələri göndərməyə başlayır