İsrailli nazir polisin mühafizəsi altında yenidən Əl-Əqsada

İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında soyqırım həyata keçirən Məscidül-Əqsada təxribatlarını davam etdirir. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Məscidül-Əqsaya gəlib.

İfrat sağçı ekstremist Ben Qvir İsrail işğalçı qüvvələrinin ciddi mühafizəsi altında Məscidül-Əqsaya daxil olub.

O, Məscidül-Əqsa səfəri zamanı verdiyi açıqlamada Qəzzada atəşkəs razılaşmasının əleyhinə olduğunu və İsrail ordusunun hücumları davam etdirməli olduğunu bildirib.

Əvvəllər Məscidül-Əqsaya basqın təşkil edən Ben Qvir 2023-cü il oktyabrın 7-də İsrailin Qəzzəyə hücumlarına başladıqdan sonra bu hərəkəti ikinci dəfədir həyata keçirib.