Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistani Omanda İŞİD-in şiə məscidinə hücumunu pisləyib.
Böyük mərcə Oman şiələrinin lideri Şeyx İhsan Əl-Ləvatiyə bu hücumdan təəssüfləndiyini və kədər hissi ilə bu xəbəri aldığını qeyd edib.
Mərkəzi ofis vasitəsilə yayımlanan bəyanatda terror hücumu pislənməklə yanaşı, Cənnət cavanlarının ağası İmam Hüseyn (ə) mərasiminə hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa arzu edilib.
Xatırladaq ki, iyunun 16-da Omanda Vadi Əl Kəbir bölgəsində bir məsciddə keçirilən matəm mərasiminə hücum edib.
İŞİD terror qruplaşması Telegram proqramı vasitəsilə Oman Sultanlığının Vadi Əl-Kəbir bölgəsində bir məscidin yaxınlığında bir törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Hücumun beş nəfərin, bir polisin şəhid olması və üç cinayətkarın ölümü ilə nəticələndiyini, həmçinin müxtəlif millətlərdən olan 28 nəfərin, o cümlədən 4 polis, mülki müdafiə və təcili yardım əməkdaşlarının yaralandığını bildirib.
Ayətullah Sistani Omanda İŞİD-in şiə məscidinə hücumunu pislədi