13 July 2024

İran parlamentinin sədri: Rusiya ilə maliyyə əməliyyatlarını dollarsız həyata keçiririk

BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) verdiyi fürsətə əsasən, İranla Rusiya arasında bütün maliyyə əməliyyatları ABŞ dolları olmadan həyata keçirilir.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Russia today” telekanalına müsahibəsində bildirib.

O, İranla Rusiya arasında dərin əlaqələrin mövcud olduğunu da vurğulayıb: “Bizim ümumi maraqlarımız və eyni zamanda ortaq düşmənlərimiz var”.

Hacı Hacıyev Marneuli rəhbərliyini fəaliyyətsizlikdə tənqid etdi

Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidinin axundu və imamcüməsi Hacı Hacıyev 12 iyul Cümə xütbəsində bir sıra ictimai və siyasi məsələlərə toxunub.

Operativtv.com Aktual.ge-yə istinadən xəbər verir ki, din xadimi çıxışında Marneuli yerli özünüidarəetmə orqanını fəaliyyətsizlikdə tənqid edib.

Fuad Hüseyn: İraq Suriya ilə Türkiyəni bir araya gətirmək istəyir

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Liderlər Zirvə toplantısında iştirak edən İraqın xarici işlər naziri Fuad Hüseyn mətbuat konfransında Dəməşq və Ankara arasında normallaşmadan danışıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Rudaw müxbirinin Dəməşq və Ankara arasında normallaşma ilə bağlı sualını cavablandıran Hüseyn iki ölkə arasındakı münasibətlərin normallaşmasında İraqın iştirak etdiyini ifadə edərək deyib:

Şeyx Nəim Qasim: İsrail Livana qarşı axmaq bir addım ata bilməz

Livan Hizbullah Hərəkatının baş katibinin müavini bəyan edib ki, sionist rejim Livana qarşı axmaq bir iş görə bilməz, bunun ciddi nəticələri olacaq və sionistlər bundan xəbərdardırlar.

 Livan Hizbullah Hərəkatının sədr müavini Şeyx Naim Qasım deyib:

“Netanyahunun yaxşı başa düşməli olduğu bir məqam var: Müharibə uzanarsa, İsrail rejimi müqavimətdən daha çox yıxılacaq, fələstinlilər isə zəifləyəcək və köhnələcək."

Azərbaycan millisinin üzvü Dünya Kubokunda finala yüksəldi

Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən "Unikal"a verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan idmançımız yarışın qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə qazanıb.

Yəməndən İsrailə gedən gəmilərə qarşı yeni əməliyyat

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Qırmızı dənizdə və Bab əl-Məndəbdə İsrailə aid bir gəmiyə qarşı yeni əməliyyatın keçirildiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələri tərəfindən yayımlanan açıqlamada Səudiyyəlilərin Amerika və işğalçılara xidmət etmək üçün düşmənçilik cəhdlərinə sərt cavab veriləcəyi vurğulanıb.

Aşura qiyamının Quranda əsasları - İslahtələblilik

İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə tarixi vəsiyyətnaməsində belə buyurulur:

"Mən məqampərəstlik, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün yox, yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm. Pislikdən çəkindirib yaxşılığa dəvət etmək, babamın və atam Əli ibn Əbutalibin (ə) sirəsinə uyğun hərəkət etmək istəyirəm."

Bu vəsiyyətnamədə toxunmaq istədiyimiz əsas məqam bu cümlədir: 

Avropa Məhkəməsi səyahət qadağaları ilə bağlı rəsmi Bakını cərimələyib

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) iyulun 11-də elan etdiyi yeni qərarlarına əsasən Azərbaycan hökuməti müxtəlif zamanlarda ölkədən çıxışına qadağa qoyulmuş hüquqşünas İntiqam Əliyev və jurnalist Səadət Cahangirə təzminat ödəməli olacaq.

Tanınmış hüquqşünas İntiqam Əliyev 2014-cü il avqustunda həbs olunub, qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib, 2016-cı ilin martında isə şərti azadlığa buraxılıb.