Oktyabrın 16-da ruhani Qədir Məmmədovun sonuncu məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ruhaniyə son söz verilib. Sifarişli həbs olduğuna diqqət çəkən ruhani bildirib ki, əgər ona qarşı irəli sürülən ittiham ruhani fəaliyyəti ilə bağlı olsaydı bu daha rahat olardı. Çünki narkotik ittihamı təkcə onun şəxsinə deyil, islam camiəsinə atılan böhtandır.
"Biz tarixdə görürük ki, Peyğəmbərin (s) qızı Həzrət Fatimənin (s.ə) haqqını əlindən alırlar. O, bütün sübut və dəlillər ilə haqqını müdafiə edir. Lakin buna baxmayaraq yenə haqqı tapdalanır. Bundan sonra bildirir ki, qıldığı hər namazda sizlərə nifrin edəcəm. Biz həmin xanımın ardıcıllarıyıq. Odur ki, bir İslam övladı olaraq, xanım Zəhranın (s.ə) nökərlərinin nökəri olaraq, o xanımın rəftarına söykənərək İslam camiəsinə böhtan atıb ləkələmək istəyənləri Allaha tapşırıram. Bu işdə əli olan ən yuxarıda olandan ən kiçik icraçılara, qələm tutanına qədər bu lənətdən öz nəsibini alacaq."
Sonunda məhkəmədə hökmü elan edib. O, ilahiyyatçı Qədir Məmmədovu CM-nin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan məhrum edib.
Hökm oxunan zaman ruhani Q.Məmmədov sifarişli hökmə etiraz əlaməti olaraq ayağa qalxmayıb.
Ruhani Qədir Məmmədova hökm oxunub - 4 il