Jurnalist Metin Cihan Türkiyə ilə İsrail arasında ticarətin məlumatlarda təsbit edilə bilməyəcək şəkildə davam etdiyini yazıb. Cihan, “Gömrükdən çıxanda Fələstin qeydiyyatı olaraq gəmilər qeyd olunur. Yolda İsrail istiqaməti ilə dəyişdirilirlər" deyə bildirib.
Jurnalist Metin Cihan, üzərindən paylaşdığı mesajlarda: Türkiyədə gömrükdən çıxarkən gəmi Fələstinə gedən kimi qeydiyyata alınır. Yolda istiqaməti İsrailə dəyişdirilir. Gəmi İsrail limanına çatdıqda, material israilli alıcıya çatdırılır. Bu iş üçün Fələstində qurulan şirkətə komisyon haqqı ödənilir. Broker şirkəti ya İsraillə bağlıdır, ya da israillilər tərəfindən təsis edilib” bildirib.
Türkiyənin İsrailə yanacaq və sənaye məhsulları xammalı göndərdiyini, reaksiyalardan sonra ticarətin dayandırıldığını xatırladan jurnalist Metin Cihan İsraillə ticarət əlaqələrinin kəsilmədiyini iddia edib. Cihan tərəfindən paylaşılan TÜİK məlumatlarına görə, bu ilin ilk 8 ayında güya Fələstinə 749 min 405 dollar dəyərində ixracat edilib. Ötən ilin eyni dövründə bu məbləğ 57 min 12 dollar olub. “Bəlli ki, bu rəqəmlərin artışı arxasında nələr gizlənir” deyə o bildirib.
Türkiyə İsraillə ticarətini davam etdirir; Gəmilər gömrükdə Fələstin kimi qeydiyyata alınır və yolda İsrail istiqamətinə dəyişdirilir