“Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) arasında COP29 iqlim konfransının keçirilməsinə dair razılaşma iştirakçıların hüquqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli çatışmazlıqlar və qeyri-müəyyənliklərlə doludur".
Bu barədə Human Rights Watch məlumat yayıb.
Məlumatda deyilir ki, Human Rights Watch təşkilatı 2024-cü ilin avqustunda imzalanmış ev sahibi ölkə sazişinin bir nüsxəsini əldə edib və bu hələ də ictimaiyyətə açıqlanmayıb.
“Məsələn, sazişdə qeyd olunur ki, konfrans iştirakçıları “şifahi və ya yazılı sözlərə və onların həyata keçirdiyi hər hansı hərəkətə görə hüquqi proses üçün toxunulmazlıqdan istifadə edəcəklər”. Ayrıca bənddə isə onlardan Azərbaycan qanunlarına hörmət etmək və onun “daxili işlərinə qarışmamaq” tələb edilir”. Razılaşmada hansı hərəkətlərin Azərbaycanın “daxili işlərinə” “müdaxilə” ola biləcəyi və BMT-nin idarə etdiyi konfrans zonasında Azərbaycan qanunlarının tətbiq edilib-edilməməsi ilə bağlı heç bir aydınlıq yoxdur. Azərbaycanın beynəlxalq insan haqları qaydalarını pozduğunu, ifadə və sərbəst toplaşma azadlıqlarına qarşı sərt məhdudiyyətlərini nəzərə alsaq, iştirakçıların zona daxilində hərəkətləri zonadan kənarda repressiyalara məruz qala bilər”, Human Rights Watch qeyd edir.
Təşkilat bildirir ki, Azərbaycan sözün və dinc toplaşma azadlığının ciddi şəkildə məhdudlaşdırılması ilə bağlı təcrübəyə malikdir.
“Müstəqil qeyri-hökumət təşkilatlarını iflic etmək və müxalifəti susdurmaq üçün sui-istifadə hallarını ehtiva edən qanunlardan istifadə edir”, məlumatda qeyd edilir.
2023-cü il Bonn İqlim Konfransında UNFCCC üzv dövlətləri vurğulayıb ki, ev sahibi ölkə müqavilələri ictimaiyyətə təqdim etməli və beynəlxalq insan hüquqları sənədlərini dəstəkləməlidir.
“Vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən Human Rights Watch, dəfələrlə iştirakçıların iqlim konfranslarında iştirak edərkən hüquqlarının qorunacağına əmin olması üçün ev sahibi ölkə ilə razılaşmaların ictimaiyyətə açıqlanmasına çağırıb.
Ötən il Beynəlxalq Amnistiya (Amnesty International) Təşkilatı BƏƏ hökuməti ilə UNFCCC arasında COP28 sazişinin surətini əldə etdilər və bəzi müsbət elementlər daxil edilsə də, onlar HCA-da ümumi insan hüquqlarının təminatlarının iştirakçılar üçün yetərli olmadığı qənaətinə gəliblər", təşkilat qeyd edir.
Human Rights Watch hesab edir ki, COP29-a bir neçə həftə qalmasına baxmayaraq, vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən fəalların, jurnalistlərin və insan hüquqları müdafiəçilərinin konfransda öz insan hüquqlarına hörmət edilməsininin təmin edilməsi ilə bağlı mövcud qorunmalara hələ də aydınlıq gətirilmir.
"Təəssüf ki, bu müqavilələr məxfilikdədir və onları ictimaiyyətə çatdırmaq vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə düşməməlidir. Şəffaflıq və əlçatanlıq maraqlarına görə, UNFCCC keçmiş, cari və gələcək sazişləri öz internet səhifəsində dərc etməlidir.
Daha təcili olaraq, o, Azərbaycan hökumətini insan hüquqları üzrə öhdəliklərinə hörmət etməyə və hüquqlara hörmətlə bağlı iqlim konfransına yardım etməyə açıq şəkildə çağırılmalıdır”, Human Rights Watch qeyd edir.
Rəsmi Bakı Human Rights Watch-ın bu məlumatına hələ münasibət bildirməyib. Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Bununla yanaşı, yerli hüququ müdafiəçiləri 319 şəxsi siyasi məhbus kimi tanıyır.
Human Rights Watch Azərbaycan hökumətini COP29-la bağlı razılaşmanı ictimaiyyətə açıqlamağa çağırır