Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü İbrahim Muradova hökm oxuyub. Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prossesdə İbahim Muradov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Məhkəmə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Hakim ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək İbrahim Muradovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, İbrahim Muradov 2024-cü il, 21 fevralda saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasına İbrahim Muradovu da daxil edib. Qeyd edək ki, həbslər hələ də davam edir.
MBH üzvü İbrahim Muradova hökm oxunub – 3 il