“Hizbullah”ın dronları Hayfada İsrailin hərbi bazasına zərbələr endirib

“Hizbullah” hərəkatının kamikadze-dronları Hayfada İsrail Ordusunun bazasına zərbələr endirib.

Operativtv APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində İsrailin 3 hərbçisi ölüb, 39 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti ağırdır. 

Dronlar İsrailin hava hücumundan müdafiə sistemindən yan keçib.