ABŞ-nin "Pittsburq" klubunun rusiyalı hücumçusu Yevgeni Malkin Milli Hokkey Liqasının (NHL) tarixinə düşüb.
O, bunu NHL-də 500-cü qolunu vurmaqla həyata keçirib.
Hokkeyçi "Pittsburq"un doğma meydanda "Bafalo"nu 6:5 hesabı ilə məğlub etdiyi oyunda fərqlənib. Y.Malkin NHL tarixində Şimali Amerikadan kənarda doğulmuş və 500 qol vurmağı bacaran 8-ci hokkeyçi olub.
Qeyd edək ki, daha əvvəl bunu Aleksandr Oveçkin (853), Yaromir Yaqr (766), Timu Selyanne (684), Yari Kurri (601), Mats Sundin (564), Marian Hossa (525) və Peter Bondra (503) bacarmışdı.
Report.az
Rusiyalı hücumçu NHL-in tarixinə düşüb