Gürcüstanda azərbaycanlı fəal Avtandil Məmmədovun aqibəti naməlum olaraq qalır, hakimiyyət ona siyasi sığınacaq verməkdən imtina edir.
2017-ci ildə Gürcüstana köçməzdən əvvəl o, Azərbaycanda ictimai və hüquq müdafiə fəaliyyəti ilə məşğul olub, lakin təqiblərdən ehtiyatlanaraq, ölkəni tərk edib.
Gürcüstanda o, Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunu təsis edib.
2017-ci ildə Tbilisidə jurnalist Əfqan Muxtarlı oğurlandıqdan sonra, Məmmədov siyasi sığınacaq üçün BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının İdarəsinə və Gürcüstanın Miqrasiya Departamentinə müraciət edib.
Eyni zamanda Azərbaycanda ona qarşı cinayət işi açılıb, İnterpol xətti ilə barəsində axtarış elan edilib. Tbilisidə Bakıdan daxil olan sorğu əsasında o, bir dəfə saxlanılıb, lakin sərbəst buraxılıb. Bununla belə, ona sığınacaq verməkdən imtina ediblər, pasportunun müddəti keçdiyinə görə isə üçüncü ölkələrə gedə bilmir.
Məmmədlinin işi ölkəni tərk etdikdən sonra belə azərbaycanlı siyasi mühacirlərin təqibinin davam etməsinin nümunəsi kimi ötən həftə Varşavada ATƏT-in İnsan Ölçülməsi üzrə Konfransında qaldırılıb.
Cenevrədə yerləşən İnsan Hüquqları İnstitutunun nümayəndələri ATƏT ölkələrinin nümayəndə heyətlərinin diqqətini Azərbaycanda Məmmədova qarşı təhdidlərə və vətənə deport edildiyi təqdirdə əsassız təqibə məruz qalacağına cəlb edib.
İHİ ATƏT ölkələrini siyasi mühacirin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görməyə çağırıb.
Turan.az
Hüquq müdafiəçiləri Avtandil Məmmədovun işi ilə bağlı ATƏT-ə müraciət ediblər