İngiltərənin U21 yığması Azərbaycan millisini böyük hesabla məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununa çıxıb.

Operativtv Apasport-a istinadən xəbər verir ki, millimiz Bristol şəhərində İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş britaniyalıların inamlı qələbəsi ilə nəticələnib. "Üç şirlər" yığmamızı 7:0 hesabı ilə darmadağın edib.