İmam Əli (ə) ziyarətgahı 2269 livanlıya sığınacaq verdi

Nəcəfül Əşrəfdə İmam Əli (ə) ziyarətgahı 2269 livanlıya sığınacaq verib.

Həzrət İmam Əlinin (ə) ziyarətgahından verilən açıqlamada İsrail hücumları nəticəsində evindən didərgin düşmüş 2 min 269 livanlı qaçqının ziyarətgahın otel, qonaq evləri və ziyarətçi şəhərlərində qəbul edildiyi qeyd edilib. Açıqlamada livanlı ailələr üçün qonaqpərvərlik və yerləşdirmə xidmətlərinin davam etdiriləcəyi bildirilib.

Açıqlamada Livan vətəndaşlarının lazımi ehtiyaclarının qarşılandığı, tibbi xidmətlər və dərman müalicəsinin təmin edildiyi bildirilib.

 

 

Az.shafaqna.com