Moskvada beynəlxalq Quran tədbiri keçiriləcək

Moskvada Qurani-Kərimlə bağlı beynəlxalq tədbir keçiriləcək.

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, 6,7 və 8 noyabr tarixlərində XXII Moskva Beynəlxalq Quran Qariləri Konkursu keçiriləcək.

30-dan çox ölkədən olan qarilər Qurani-Kərimin hifzi və qiraəti üzrə yarışacaqlar.

İştirakçıların çıxışlar 6 və 7 noyabrda Moskva Cümə Məscidində baş tutacaq. 8 noyabrda isə XXII Moskva Beynəlxalq Quran Qariləri Konkursunun təntənəli bağlanma mərasimi keçiriləcək. Tamaşaçılar üçün səhnələşdirilmiş dini tamaşa təqdim ediləcək.