İranlı generaldan İsrailə xəbərdarlıq: Əsla tərəddüd etmərik!

İranın İsrailin hərbi obyektlərinə qarşı keçirdiyi son əməliyyat sadəcə “kiçik bir xəbərdarlıq” idi.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandanı general Hüseyn Səlami bəyan edib.

Həqiqi Vəd – 2″ əməliyyatı sadəcə olaraq kiçik bir xəbərdarlıq idi. Siz bizim gücümüzün sadəcə kiçik bir qismini gördünüz. Əgər hədəflərimizə hücum etsəniz, sizi vuracağıq. Vurduq və göstərdik ki, suverenliyimiz pozulsa, sizdən sizin öz olduğunuz yerdəcə qisas alarıq, bu məsələdə (əsla) tərəddüd etmərik“, – deyə o qeyd edib.

General Səlami İsrailin “Dəmir qübbə”sinin – Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin zəifliyinə də toxunub.

Qalxanlarınıza güvənməyin, həmin o qalxanlar sizin üçün etibarlı bir müdafiə belə deyil, biz o qalxanların keçə bilirik və bunu da sizə (əyani surətdə) göstərdik. Yenidə səhvə yol verməyin, əgər bizə və ya bölgədəki hədəflərimizə hücum etsəniz, sizi yenə də acı bir şəkildə vuracağıq“, – deyə o əlavə edib.

ABŞ-ın İsrailin HHM-ni gücləndirmək məqsədilə THAAD sistemlərinə göndərməsinə məsələsi haqda da danışaraq bu addımın faydasız olduğunu vurğulayıb.

Nə qədər müdafiəsiz olduğunuzu bilirik, siz özünüz də bunu bilirsiniz“, – deyə bildirib və İsrailin istənilən hücumuna acı cavabın veriləcəyini əlavə edib.