Nikaraqua İsrail rejimi ilə əlaqələri kəsir

Nikaraqua İsrailin Qəzzada davam etdirdiyi hərbi əməliyyatlara görə bu ölkə ilə əlaqələri kəsmək qərarını açıqlayıb.

Bu barədə ölkənin vitse-prezident Rosario Murillo məlumat verib.

Onun sözlərinə görə, Prezident Daniel Orteqa İsrailin Fələstin ərazilərinə hücumlarına görə əlaqələrin kəsilməsini əmr edib.