Təl-Əvivdə məhbusların mübadiləsi tələbi ilə nümayiş keçirilib

İsrailin paytaxtı Təl-Əvivdə Qəzzadakı fələstinli qruplarla əsir mübadiləsi tələbi ilə izdihamlı nümayiş keçirilib.

Operativtv APA-ya istinadən xəbər verir ki, aksiyada Qəzzadakı məhbusların ailələri də iştirak edib.

İsrailin “Kanal 12” kanalının məlumatına görə, nümayişçilər Ayalon küçəsində od qalayaraq küçənin bir hissəsini nəqliyyatın hərəkəti üçün bağlayıblar.

Əsir mübadiləsi razılaşması üçün nümayişlərin uzun müddətdir davam etdiyi bildirilsə də, şimalda “Hizbullah”la gərginliyin artması nəticəsində bu etirazlar daha da sürətlənib.