Rusiyanın ən hündür məscidi Dağıstanda tikiləcək

Rusiyanın ən hündür məscidinin Dağıstanda tikilməsi planlaşdırılır.

Bu barədə Dağıstan Respublikası rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tikiləcək məscidin minarələrinin hündürlüyü 88 metr olacaq.

Qeyd olunub ki, Mahaçqaladakı “Rusiya mənim tariximdir” tarixi parkında Rusiyanın ən hündür məscid kompleksinin təqdimatı keçirilib. Təqdimatda Dağıstan rəhbəri Sergey Məlikov, Dövlət Dumasının deputatı Xizri Abakarov və Dağıstanın ruhani liderləri iştirak ediblər.