Millətlər Liqası: Yığmamız Estoniyaya məğlub oldu

 Oktyabrın 11-də Azərbaycan millisi növbəti oyununu keçirib.

Məlumata əsasən, yığmamız Millətlər Liqasının III turunun matçına çıxıb.

C liqasının I qrupunda mübarizə aparan Fernandu Santuşun yetirmələri Estoniyanın qonağı olublar. Əvvəlki iki turda uduzan rəqiblər ilk qələbə üçün mübarizə aparıblar. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qolunu penalti zərbəsindən Toral Bayramov vurub. Bu qələbədən sonra xalını 3-ə yüksəldən Estoniya 3-cü pillədə yer alıb. Xalsız qalan Azərbaycan yığması isə sonuncudur.

Qeyd edək ki, qrupun digər matçında Slovakiya İsveçi qonaq edəcək.

Millətlər Liqası
C liqası, I qrup
III tur, 11 oktyabr
20:00. Estoniya – Azərbaycan – 3:1
Qollar: İoan Yakovlev, 32. Vlasii Sinyavski, 45+2. Rokko Robert Şeyn, 71 – Toral Bayramov, 45+1 (pen.)

 

 

Az.shafaqna.com