Dağıstan-Çeçenistan qarşıdurması: Sergey Məlikov Ramzan Kadırova qarşı

Dağıstanın rəhbəri Sergey Məlikov oktyabrın 12-də Rusiya Federasiya Şurasının senatoru Süleyman Kərimovun Mahaçqalada saldırdığı parkın rəsmi açılışında deyib ki, Kərimov ona lazım olanda xalqın dəstəyinə arxalana bilər (https://t.me/ostorozhno_novosti/30323).

Ramzan Kadırov (https://t.me/currenttime/39611) senatora qan davası elan edəndən sonra Dağıstana aid publik səhifələrdə bu bölgənin senatorunu dəstəkləyən yazılar dərc olunmağa başlayıb. Rəsmilər, hava limanının işçiləri və idman klubları Kərimova dəstək ifadə edən videomüraciətlər də lentə alıblar.

Oktyabrın 9-da Ramzan Kadırov (https://t.me/currenttime/39543) Kərimovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

“Wildberries”-in ortaq sahibləri Tatyana Kim (Bakalçuk) və əri Vladislav Bakalçuk arasında münaqişə 2024-cü ilin iyununda - şirkət Robert Mirzoyanın rəhbərlik etdiyi xarici reklam operatoru “Russ”la birləşdiyini elan etdikdən sonra başlayıb. Müqaviləni Vladimir Putin təsdiqləyib.

İyul ayında Ramzan Kadırov Vladislav Bakalçukla görüşüb və baş verənləri “basqın yoluyla ələ keçirmə” adlandırıb, silahdaşlarına “ailənin biznesini özünə qaytarmağı” tapşırıb. Bakalçuk iddia edir ki, keçmiş həyat yoldaşının yeni tərəfdaşlarının - “Russ” qrupunun səhmdarları Robert və Levan Mirzoyanların arxasında Kərimov və Baraxoyev dayanırlar. O bildirir ki, Mirzoyan qardaşları senatorun və deputatın himayəsi altında şirkəti talayırlar.

Sentyabrın 18-də Vladislav Bakalçuk çeçen döyüşçülər də daxil olmaqla, bir qrup şəxslə birlikdə şirkətin ofisinə daxil olmağa çalışıb. Atışma başlayıb, iki nəfər ölüb, yeddi nəfər yaralanıb. İstintaq Komitəsi cinayət işi açıb, onlarla şəxs həbs edilib. İttiham olunanlar arasında Bakalçuk da olub, amma bir gün sonra onu evə buraxıblar.

 

Toplumtv