Fuad Hüseyn: İraq Suriya ilə Türkiyəni bir araya gətirmək istəyir

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Liderlər Zirvə toplantısında iştirak edən İraqın xarici işlər naziri Fuad Hüseyn mətbuat konfransında Dəməşq və Ankara arasında normallaşmadan danışıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Rudaw müxbirinin Dəməşq və Ankara arasında normallaşma ilə bağlı sualını cavablandıran Hüseyn iki ölkə arasındakı münasibətlərin normallaşmasında İraqın iştirak etdiyini ifadə edərək deyib:

"İraq Suriya ilə Türkiyəni bir araya gətirmək istəyir".

İraqın xarici işlər naziri Fuad Hüseyn Türkiyə və Suriya tərəfləri arasında paytaxt Bağdadda görüş keçirmək üçün ilkin razılığın əldə edildiyini təsdiqləyib və hələlik tarixin müəyyən edilmədiyini qeyd edib. Hüseyn bildirib:

“Görüşlə bağlı ilkin razılıq əldə olundu, ancaq tarix müəyyənləşmədi. Mən Bağdada qayıtdım, tarix təyin edəcəyik”.

Fuad Hüseyn çıxışında həmçinin bilsirib:

"İraq və Türkiyə tərəfləri, eləcə də İraq və Suriya tərəfləri arasında rəhbərlik səviyyəsində əlaqələr davam edir. Türkiyənin xarici işlər naziri, eləcə də Suriya xarici işlər naziri ilə görüşlərimiz oldu".