İranın İsrailin bölgədəki yerini qiymətləndirməsində köklü dəyişikliklər və İsrail əleyhinə paradiqmanın dəyişməsi mümkündür-Nikita Smagin

İranın Yaxın Şərq ərazisində təsirinin genişlənməsinə bütöv bir amillər kompleksi təsir edib. Söhbət ilk növbədə İranın malik olduğu bəzi resurslardan gedir. İqtisadi çətinliklərə baxmayaraq, bu cür oyunları idarə etmək üçün müəyyən mənbələrə sahib, kifayət qədər böyük bir ölkədir. İmkanları məhdud olan ölkələr, hətta güclü arzuları olsa belə, bu cür mövqelər tuta bilməzdilər.

 Digər tərəfdən, İran-İraq müharibəsi zamanı İslam Respublikasının seçdiyi strategiya mühüm amil oldu. İranın qəbul etdiyi asimmetrik müharibə konsepsiyası,diqqəti peşəkarlaşdığı sahələrə cəmləşdirməyə sovq etdi. Asimmetrik müharibə göstərir ki, İran rəqibləri ilə bərabər yarişa biləcəyi sahələrdə rəqabət aparir. Məsələn, İranın ABŞ və ya İsrail ilə rəqabət edə bilməyəcəyi aviasiyanı inkişaf etdirmək əvəzinə, diqqətini müəyyən nəticələr verən pilotsuz təyyarələr və raketlər hazırlamaqda cəmləşdirdii.Onu da qeyd etmək lazımdır ki, İran müxtəlif strukturları dəstəkləmək üçün proksi strategiyasından istifadə edir.

Nəhayət, əsas amil ABŞ-ın bölgədəki səhv siyasəti idi , bu da təbii olaraq İrana qarşı çıxan və vəziyyəti tarazlaşdıran qüvvələrin məhvinə səbəb oldu. Bu, ilk növbədə İraqın işğalı və Səddam Hüseyn rejiminin devrilməsi və 2000-ci illərin əvvəllərində Əfqanıstanın qismən işğalı ilə əlaqədardır. İraqın məhvi,güc boşlugu yaratdi. İranın uğurla bu boşluga daxil oldu və öz təsirini genişləndirdi. Bütün bu faktorlar İranin regionda ugur qazanmasina imkan yaratdi.

Bu gün İsrail müəyyən dərəcədə elə müvqe tutmaga çalişir ki , sərhədlərindəki və bəlkə də bütövlükdə bölgədəki əsas təhdidlərini məhv edə bilsin. Buna baxmayaraq, belə bir hədəfin uğursuzluğa məhkum olduğuna inanıram. Nə İranı, nə Hizbullahı, nə də HƏMAS-ı məhv etmək mümkün olmayacaq. Hamısı bölgədə qalacaq. Bu strukturların bir hissəsini müvəqqəti olaraq siradan çixararaq qısamüddətli nəticələr əldə etmək mümkündür, lakin bu günkü qətiyyətli İsrail belə,bölgədəki vəziyyəti iillər uzunu, tam olaraq dəyişdirə bilməyəcək .

İranın dağılması, milli hökumətlərin yaradılması ideyası daha çox fantaziyadır. Bunun üçün çox hadisələr baş verməlidir. İran öz sərhədləri daxilində uzun müddət mövcud olan kifayət qədər dayanıqlı milli dövlətdir. Nəzəri olaraq, indi Sistan və Bəlucistan, eləcə də bir çox etnik ərəbin yaşadığı Xuzistan və Kürdüstan kimi ucqarlarda qeyri-sabitlik ocaqlarının meydana gəlməsi mümkündür. Ancaq hazırda tam miqyaslı parçalanma görmürəm. Düşünürəm ki, bu ssenari yaxın perspektivdə mümkün deyil.

 

Turan.az