Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidinin axundu və imamcüməsi Hacı Hacıyev 12 iyul Cümə xütbəsində bir sıra ictimai və siyasi məsələlərə toxunub.
Operativtv.com Aktual.ge-yə istinadən xəbər verir ki, din xadimi çıxışında Marneuli yerli özünüidarəetmə orqanını fəaliyyətsizlikdə tənqid edib.
"Rayonumuz hər bir cəhətdən geridə qalıb, yəni müsbət göstərilə biləcək heç nə yoxdur. Hər yer küçə itləri ilə doludur, bu dörd ayaqlılar xəstəlik yayır, uşaqlar və hamımız üçün təhlükəlidir. Parklarda insanların dincəldiyi yerlərdə it damı qurublar. Halbuki, onlar üçün xüsusi yer olmalıdır, peyvənd edilməlidirlər. Onların əksəriyyəti xəstədir və cəmiyyət üçün təhlükə yaradır," - deyə Hacı Hacıyev bildirib.
İmamcümə Marneulidəki infrastruktur problemlərindən də danışıb.
"6-7 aydır Marneulinin bəzi küçələri qazılıb. 'Ata Holdinq'in yerləşdiyi ərazi dekabr ayından qazılıb. Heç bir rəhbər şəxs gəlib demir ki, sizin probleminiz nədir, dərdiniz nədir? Bizi təmsil edənlər dini bizimlə eynidir, qanı qanımızdandır, bəzi qardaşlar ibadət əhlidir," - söyləyib Hacı Hacıyev.
Gürcüstan Hökumət Administrasiyasının Marneulidən başqa təbii fəlakətdən zərər görmüş 43 bələdiyyəyə 104 milyon 877 min lari vəsait ayırması məsələsinə də münasibət bildirən İmamcümə deyib:
"Axırıncı hadisədə də nöqtəni vurdular. Təbii fəlakət nəticəsində zərər görmüş bələdiyyələrə 104 milyon 877 min lari ayırıblar. Kvemo Kartlinin ən böyük və ən gəlirli rayonunun adı yoxdur. İndi də başlayıblar bəhanələr gətirməyə, guya tenderdə qalib gəlmək lazımdır [...]
Təbii ki, bütün bunlarda bizim də günahımız var, biz də bu işdə şərikik. Qiyamət günü bizdən də soruşacaqlar haqqını niyə tələb etmədin?! Hüseyn ibn Əli ona görə şəhid oldu ki, insanların haqları, hüquqları qorunsun. Niyə bu millət 10 ildir yola həsrətdir və tozun-torpağın içində oturur? Hansı dövrdədir ki, insanların nə içməyə suyu var, nə də çimməyə.
Mənim vəzifəm bu problemləri dilə gətirmək, gündəmdə saxlamaqdır və hər dəfə də bunu bəyan edirəm. Kim necə başa düşür, düşsün! Bu mənim vəzifəmdir və buranın haqqıdır, bunu mən deməliyəm".
Hacı Hacıyev Marneuli rəhbərliyini fəaliyyətsizlikdə tənqid etdi