Əl-Əqsa döyüşçüləri israilli əsgərləri atəşə tutdu

Cəbaliya düşərgəsinin şərqində sionist rejimin əsgərləri Əl-Əqsa Şəhidləri Batalyonlarının döyüşçüləri tərəfindən minaatanlardan atəşə tutulub.

Fəth Hərəkatının hərbi qanadı Əl-Əqsa Şəhidləri Batalyonları bildirib ki, bu batalyonların döyüşçüləri Cəbaliya düşərgəsinin şərqində şəhər idarə binasında yerləşmiş sionist rejimin əsgərlərini və hərbi maşınlarının toplaşdıqları yeri adi minaatanlardan atəşə tutublar.

Həmçinin Fələstinin Azadlığı uğrunda Demokratik Cəbhəsinin hərbi qanadı olan Şəhid Ömər Əl-Qasim Qüvvələri kimi tanınan Fələstin Milli Müqavimət Batalyonları da bəyanat yayaraq bildiriblər ki, bu batalyonların döyüşçüləri Qəzzə zolağının cənubunda, Rəfahın şərqində yerləşən Səlam bölgəsində sionist rejimin bir ədəd Merkava tankını məhv ediblər, sionist rejimin bu tankının məhv edilməsindən sonra onun sərnişinləri həlak olub və yaralanıblar.