İsrail Qəzzanın cənubuna zərbə endirib, ölənlərin sayı 70 nəfəri ötüb

İsrailin Qəzza zolağının cənubundakı Xan-Yunis vilayətinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 70 nəfəri ötüb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, 289 nəfər yaralanıb.