İran İslam İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin ölüm xəbəri yalanlanıb. Belə ki, İsrail mediasi Beyruta endirdiyi zərbələr nəticəsində güya Qaaninin öldürdüyünü söyləmişdi. Lakin bu səhər Qaani Beyrutda öldürülən SEPAH komandirinin müavini Abbas Nilfuruşanın vida mərasimində iştirak etməsi bu iddiaları rədd edib.
Bununla da SEPAH komandanı haqqında dolaşan ölüm xəbərini yalanlayıb. Bu eyni halda son dövrlər mətbuatda geniş tirajlanan Qaaninin güya İsrailin cəsusu olaraq ifşa edilməsi xəbərinin də yalan olmasını göstərir.
Belə ki, bir müddətdir ki, KİV İsmayıl Qaaninin güya Hizbullah lideri Seyid Həsən Nəsrullahın öldürülməsi ilə bağlı şübhəli şəxs qismində dindirilməsini və istintaq zamanı ifşa olunaraq həbs olunduğunu yazmışdı. Hətta mətbuat bir az da irəli gedərək onun insult keçirərək xəstəxanaya belə köçürüldüyünü qeyd etmişdi. Bu səhər Qaaninin vida mərasiminə qatılması bütün bu deyilənlərin yalan olduğunu ortaya qoyub.
Xatırladaq ki, İsmayıl Qaaninin qatıldığı mərasim Abbas Nilfuruşanın cənazə törənidir. Bu gün səhər saatlarında onun cənazəsi Livandan Tehrana gətirilib. Abbas Nilfuruşanla vida mərasiminə onun ailə üzvləri, bir qrup yüksək rütbəli şəxslərlə bərabər İsmayıl Qaani də qatılıb.
Qeyd edək ki, Abbas Nilfuruşan sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahla birlikdə öldürülmüşdü. İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin də öldüyünə dair xəbərlər yayılmışdı.
KİV-in öldüyü və ya ifşa edilərək həbs edildiyi deyilən SEPAH generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb