İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə tarixi vəsiyyətnaməsində belə buyurulur:
"Mən məqampərəstlik, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün yox, yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm. Pislikdən çəkindirib yaxşılığa dəvət etmək, babamın və atam Əli ibn Əbutalibin (ə) sirəsinə uyğun hərəkət etmək istəyirəm."
Bu vəsiyyətnamədə toxunmaq istədiyimiz əsas məqam bu cümlədir:
“Babamın ümmətini islah etmək məqsədilə qiyam etdim!”
Ayətullah Məkarim Şirazi buyurur:
“İmam Hüseynin (ə) aşura qiyamından ilk hədəfi islahat aparmaqdır. “İslah”, “fəsad”ın qarşısında durur və ona ziddir. Fəsad, bir varlığın, ya bir fərdin, ya bir ailənin, yaxud cəmiyyətin, ya da bir ölkənin nəzmini pozmaq, islah isə həmin nəzmi əvvəlki vəziyyətinə qaytarmaqdır. Bir ümmət də iqtisadi, əxlaqi, etiqadi, mədəniyyətə dair məsələlər baxımından fəsada düşə bilər. Bunun islahı qeyd edilən fəsad və pozğunluqları tək-tək aradan qaldırmaq, əvvəlki nəzminə qaytarmaqdır.”
Qeyd etmək lazımdır ki, islahtələblilik Peyğəmbərlərin yolu və üslubudur. Hər bir Peyğəmbər öz ümmətinin islahından ötrü göndərilmişdir. Yəni İslah Quranın göstərişidir. Hud surəsinin 88-ci ayəsində Həzrəti Şueyb barəsində belə oxuyuruq:
"Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm."
Həzrəti Şueyb öz qövmü içərisində baş alıb gedən fəsadla, o cümlədən bütpərəstlik, çəkidə aldatma və s. amillərlə mübarizə aparmaqla missiyasının hədəfini bildirmişdir. Amma İmam Hüseyn kimi Həzrəti Şueyb də öz qövmü tərəfindən etirazlarla qarşılaşdı və fəsadın aradan qaldırılmasını dünya rahatçılığının sonu hesab etdilər. Daha anlamadılar ki, həqiqi rahatçılıq islahatdan sonrakı həyatdır.
Xülasə, İmam Hüseyn (ə) öz islahatçı missiyası ilə əsl həqiqətdə Allah Elçilərinin yolunu davam etdirirdi və bu, Qurani məbnadan, kökdən qaynaqlanırdı.
https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Aşura qiyamının Quranda əsasları - İslahtələblilik