Bu il Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin bərpasına 3 milyarddan çox vəsait yönəldib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin bərpasına 3 milyard 137,6 milyon manat vəsait yönəldib.
Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş vəsaitin 64,6 %-i deməkdir.
Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Nazirlik bildirir ki, dövlət əsaslı investisiya xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 728,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 61,4 %-nə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.