Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfat edib.

Operativtv Aktual-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan KİV məlumat yayıb. 

Bildirilib ki, bu gün səhər saatlarında onun vəziyyəti qəfil pisləşib və o Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, bu gün səhər saatlarında A.İbrahimov infarkt keçirib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.