İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edib

Operativtv Az.shafaqna-ya istinadən verdiyi xəbərə görə, İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə etdiyi basqın zamanı azı 50 fələstinli saxlanılıb.

Fələstin Azadlıq Təşkilatı və Fələstin Məhbuslar Dərnəyinin yaydığı məlumatda İsrail əsgərlərinin İordan çayının qərb sahilində yaşayan fələstinlilərin evlərinə basqınlarını davam etdirdiyi bildirilib.

İordan çayının qərb sahilinin müxtəlif şəhər və qəsəbələrində həyata keçirilən basqınlar zamanı aralarında uşaq, keçmiş məhbuslar və jurnalistlərin də olduğu azı 50 fələstinlinin saxlanılıdığı qeyd olunub.

Bəyanatda əsgərlərin saxladığı fələstinlilərin ailə üzvlərini döydüyü və hədələdiyi də vurğulanıb.

2023-cü il oktyabrın 7-dən bu yana İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə saxlanılan fələstinlilərin sayı 11 300-ü keçib.