Qəzzada şəhidlərin sayı 51 minə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 17 nəfər artaraq 51 minə çatıb.

Qəzzada Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 17 şəhid və 69 yaralı xəstəxanalara çatdırılıb.

İsrail ordusunun yanvarın 19-da razılaşdığı atəşkəsi pozduqdan sonra 18 martdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda 1630 fələstinlinin şəhid olduğu, 4302 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 51 minə, yaralıların sayının isə 116 min 343-ə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.