İran İslam İnqilabının Rəhbəri Ayətullah Əli Xamenei ötən şənbə günü Omanda keçirilən Tehran-Vaşinqton nüvə danışıqları ilə bağlı açıqlamalar verib.
Danışıqları şərh edən Ayətullah Xamenei “ABŞ ilə nüvə danışıqları ilə bağlı həddən artıq optimist və ya pessimist olmadığını”, lakin Vaşinqtona etimadsızlığını davam etdirdiyini bildirib.
ABŞ və İran keçən şənbə günü Omanda dolayı danışıqlar aparıb. Hər iki tərəf bu danışıqları “konstruktiv” adlandırıb və danışıqların yeni raundu ilə bağlı razılığa gəlib.
İran bazar günü bildirib ki, danışıqların növbəti raundu dolayı xarakter daşıyacaq və yalnız nüvə faylı və sanksiyaların ləğvi üzərində dayanacaq.
Ayətullah Xamenei: Mən ABŞ-a etibar etmirəm