20 July 2024

İsrail Yəmənə hava zərbəsi endirdi, itkilərin olduğu bildirilir

İsrail Ənsarullahın Təl-Əvivə hücumundan sonra Yəmənə hava zərbəsi endirib. Ərəb mediası İsrailin Yəmənin Hudeydə liman şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.

Xəbərdə İsrailin Yəmənin Hudeydə şəhərini hədəf alan bir sıra hava hücumları təşkil etdiyi bildirilib. Sosial mediada Hudeyda limanı yaxınlığında güclü partlayışların baş verdiyi və partlayış nəticəsində göbələk buludunun yüksəldiyi görülüb.

Görəsən, YAP öz siyahısını müəyyənləşdirərkən namizədlərin məcburi narkoloji və ya psixoloji müayinədən keçirmək heç kəsin ağlına gəlməyibki?!

 
Görəsən, YAP öz siyahısını müəyyənləşdirərkən, namizəd kimi irəli sürdükləri şəxsləri məcburi narkoloji və ya psixoloji müayinədən keçirmək heç kəsin ağlına gəlməyibmi?!

Hizbullah: Təl-Əvivlə müharibədən qorxmuruq

Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyəddin işğalçılarla sərhədsiz müharibəyə girməkdən qorxmadıqlarını bəyan edib.

Ərəb mediasının məlumatına görə, Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyəddin Livanın cənubundakı vəziyyəti dəyərləndirib. Livan müqavimətinin işğalçılarla sərhədsiz müharibəyə girməkdən qorxmadığını ifadə edən Səfiyəddin, "Netanyahunun Livanla müharibədə israr etməsi əslində rejimin çöküşünü sürətləndirəcək" deyib.

Ermənistanda polis bölməsinə basqın edildi - Yaralananlar var

Ermənistanın Kotayk rayonunda polis bölməsində silahlı atışma baş verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, naməlum şəxs polis şöbəsinə odlu silahla basqın edib və atəş açıb. Nəticədə bir neçə polis əməkdaşı yaralanıb. 

Hadisəni törədən şəxs isə saxlanılıb. İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Bakıda taksilər iki dəfə azalıb

Paytaxt Bakıda hazırda 35 minə yaxın taksi fəaliyyət göstərir və onların sayı iki dəfəyə qədər azalıb.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov iyulun 19-da mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair brifinqdə bildirib.

Nazir müavininin sözlərinə görə, taksi sahəsində tənzimləmələr davam etdiriləcək.

İmam Hüseyn (ə) ziyarətgahının xəstəxanalarından pulsuz tibbi xidmət

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahının “Xədiceyi Kubra” xəstəxanasından qadınlara pulsuz tibbi xidmət davam edir.

Məlumata görə, xəstəxana ikinci gündür pulsuz müayinə və müalicələrini davam etdirir.

Bundan başqa ziyarətgaha bağlı “İmam Həsən Müctəba” xəstəxanasında qan xəstəlikləri və ilik transplantasiyası üzrə ixtisaslaşmış həkimlər də pulsuz xidmətlər göstərirlər.

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Bütün ölkələr və BMT Fələstin ərazilərinin işğalı ilə bağlı BMT Beynəlxalq Məhkəməsinin məsləhətçi rəyini nəzərə alaraq İsraillə münasibətlərinə yenidən baxmalıdır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Riyad əl-Maliki jurnalistlərə açıqlamasında deyib.

Prokurorluq 35 gündür aclıq edən Fazil Qasımovun istintaq zamanı işgəncəyə məruz qalmasını araşdırır

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımovla bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb. Hazırda Fazil Qasımov və vəkilləri 7 cildlik cinayət işi ilə tanış olur. Bununla yanaşı, prokurorluq doktorantın işgəncəyə məquz qalması ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli bildirib.

İqtisadçılar keçmiş deputat Nazim Bəydəmirli ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb

Müstəqil iqtisadçılar keçmiş millət vəkili və iş adamı Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin dəyişdirilməsinə kömək etməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

İqtisadçılar müraciətlərində bildiriblər ki, onlar Nazim Bəydəmirlinin həbsdə saxlanılmasından narahatdırlar.