İsrail Yəmənə hava zərbəsi endirdi, itkilərin olduğu bildirilir

İsrail Ənsarullahın Təl-Əvivə hücumundan sonra Yəmənə hava zərbəsi endirib. Ərəb mediası İsrailin Yəmənin Hudeydə liman şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.

Xəbərdə İsrailin Yəmənin Hudeydə şəhərini hədəf alan bir sıra hava hücumları təşkil etdiyi bildirilib. Sosial mediada Hudeyda limanı yaxınlığında güclü partlayışların baş verdiyi və partlayış nəticəsində göbələk buludunun yüksəldiyi görülüb.

Hücumun insan itkisi və yaralanmalara səbəb olduğu bildirilib.

İsrailin "Haaretz" qəzeti sözügedən hücumun İsrail döyüş təyyarələri tərəfindən həyata keçirildiyini yazıb.

Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdülsəlam rejimin Hudeydə limanında yanacaq anbarları və enerji obyektlərini hədəf aldığını təsdiqləyib.