12 July 2024

ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanda dini etiqad azadlığı məsələlərini müzakirə edib

İyulun 11-də ABŞ-ın Azərbaycandakı səfirliyində vəkil Bəhruz Bayramov və Cavad Cavadov ilə Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin direktor müavini Jason Micinerney, həmçinin Dövlət Departamentinin Siyasət Departamentinin rəsmisi Sonia Fernandes və ABŞ səfirliyinin yeni siyasi məsələlər üzrə müşaviri Diana Braunun görüşü olub.

Görüşdə Azərbaycanda dini etiqad azadlığı məsələləri və dindarların həbsi diqqət mərkəzində olub.

ABŞ İsrailin ultra-sağçı qrupuna sanksiya tətbiq edib

Co Bayden administrasiyası cümə axşamı İsrailin ultra-sağçı təşkilatına və İsrailin nəzarətindəki İordan çayının qərb sahilində olan bölgədə sabitliyi pozduğu deyilən dörd qeyri-qanuni gözətçi postuna sanksiyalar tətbiq edib.

"Birləşmiş Ştatların İsrailin özünün təhlükəsizliyinə hədə olan ekstremist zorakılığından və İordan çayının qərb sahilindəki qeyri-sabitlikdən dərin narahatlığı davam edir," Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Türkiyənin Bağdaddakı səfiri Həşdi Şaabi lideri ilə görüşüb

Türkiyənin Bağdaddakı səfiri Anıl Bora İnan Həşdi Şaabi lideri Falih əl-Feyyaz ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Həşdi Şaabi lideri Falih əl-Feyyaz Türkiyənin yeni Bağdad səfiri Anıl Bora İnan ilə ikitərəfli əlaqələri müzakirə etdiyini bildirib.

Həşd əl-Şaabi İnstitutundan verilən açıqlamaya görə, bu görüşdə beynəlxalq və regional hadisələr, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Kərbəla şəhidi olan Quran qarisi…

Nafe ibni Hilal Quran qarisi olub, Əmirəl-möminin (ə) səhabələrindən idi ki, üç döyüşdə həzrətlə (ə) bir yerdə vuruşmuşdu. Bu şücaətli və igid insan Müslim ibni Əqil şəhid olmazdan əvvəl İmam Hüseynə (ə) qoşulmaq üçün Kufəyə hərəkət edir. Nökərinə əmr etmişdi ki, atını onun ardınca gətirsin.

O ayaqyalın, İmamı (ə) ilə görüşmək həsrəti ilə bir neçə fərsəx yolu gəlir və İmama (ə) çatır. Həzrətlə (ə) bir yerdə Kərbəlaya gəlir.

HƏMAS-dan atəşkəslə bağlı bəyanat

Həmas Qəzzada atəşkəsə nail olmaq üçün aparılan danışıqlarda yeni inkişaf olmadığını bildirib. HƏMAS-ın Telegram hesabında İsraillə dolayısı danışıqlara dair məlumat verilib.

Bəyanatda atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlarda hər hansı bir inkişafla bağlı hələlik vasitəçilərdən heç bir bildiriş alınmadığı açıqlanıb.

İrandan BRİKS ölkələrinə tövsiyə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, Sankt-Peterburqda keçirilən 10-cu BRİKS Parlament Forumunun plenar iclasında çıxış edib.

Qalibaf, BRİKS ölkələri xalqının rifahı üçün əhəmiyyətli təhlükə yaradan iqtisadi sanksiyalar və birtərəfli məhdudiyyətlərə qarşı alınacaq tədbirlər mövzusunun BRİKS Parlament Forumunun diqqət mərkəzində olmasını tövsiyə edib.

“Zirə" cütün ilk oyununda "Şerif"ə qalib gəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın "Şerif" və Azərbaycanın "Zirə" komandaları arasındakı ilk oyun başa çatıb.

"Unikal" xəbər verir ki, Tiraspol şəhərində keçirilən görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 88-ci dəqiqədə Davit Volkov vurub.

Komandalar arasında cavab qarşılaşması iyulun 18-də Bakıda olacaq.

İranın Qafqazla bağlı mövqeyi dəyişməzdir

İran üçün strateji məqsəd regionda ümumi təhlükəsizliyin və sabit sülhün yayılmasıdır. 

Bu barədə İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin baş hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi məlumat verib.

O, Ali Milli Müdafiə Universitetinin iranlı olmayan tələbələrinin buraxılış mərasimində deyib: "Fars körfəzi, Qərbi Asiya və Qafqazda ümumi təhlükəsizliyin və sabit sülhün yayılması İran üçün strateji məqsəddir".

 

Jurnalistəri Müdafiə Komitəsi Azərbaycanda jurnalistlərin həbs müddətinin uzadılmasını pisləyib

Son həftələrdə Azərbaycan hakimiyyəti ölkədə qalan bir neçə müstəqil KİV-in daim sıxışdırılması çərçivəsində 11 jurnalistin ilkin həbs müddətini uzadıb. Bu barədə Nyu-Yorkda yerləşən  Jurnalistəri Müdafiə Komitəsinin bəyanatında deyilir.

Tovuz döyüşlərinin dördüncü ildönümüdür

Bu gün Tovuz döyüşlərinin dördüncü ildönümüdür.

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 4 il ötür.

Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

Bayden Atəşkəs planının İsrail və HƏMAS tərəfindən qəbul edildiyini deyib

ABŞ prezidenti Co Bayden Qəzza üçün təqdim etdiyi atəşkəs planının İsrail və HƏMAS tərəfindən qəbul edildiyini deyib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, atəşkəs planını hər iki tərəfin qəbul etdiyini deyən Bayden "Mən buna nail olmaq və müharibəni bitirməkdə qərarlıyam",- deyə sözlərinə davam edib.

Ərdoğan: İsrail rəhbərliyinin NATO ilə tərəfdaşlıq əlaqələrini davam etdirməsi mümkün deyil

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra mətbuat konfransı təşkil edib.

Ərdoğan çıxışı zamanı oktyabrın 7-dən bu yana Qəzzada baş verən hadisələrə də münasibət bildirib. Ərdoğan çıxışı zamanı bunları deyib:

Məscidlərə uşaqların buraxılmaması atadan oğula keçən haqqa nifrətin təzahürüdür

Ölkədə əyləncə mərkəzlərinə, açıq havada təşkil olunan konsertlərə, efir məkanında keçirilən şou verlişlərə azyaşlıların gəlişinə sevgi göstərən Azərbaycan Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məhərrəm ayının gəlişi ilə yenə narahatlıq ifadə edib.