İrandan BRİKS ölkələrinə tövsiyə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, Sankt-Peterburqda keçirilən 10-cu BRİKS Parlament Forumunun plenar iclasında çıxış edib.

Qalibaf, BRİKS ölkələri xalqının rifahı üçün əhəmiyyətli təhlükə yaradan iqtisadi sanksiyalar və birtərəfli məhdudiyyətlərə qarşı alınacaq tədbirlər mövzusunun BRİKS Parlament Forumunun diqqət mərkəzində olmasını tövsiyə edib.

Parlamentin spikeri Qalibaf əlavə edib ki, İran hüquqi mexanizmlər üzərində işləməkdə və bu sahədə effektiv nəticəyə gətirib çıxara biləcək birgə layihələrə israrlıdır.