Siyasi məhbus siyahısında inanclılar - Hədəf və səbəb (1-ci hissə)
Maraq və məntiq arasında var-gəl edən düşüncələr şübhəsiz istənilən hadisəni öz təhlil mərkəzində dəyərləndirməyənə qədər cavab axtarışında çırpınacaq. Yaranış əsaslanması insana hər bir sualı şübhə formasında irəli sürərək beynin süzgəcindən keçirib ona razı salınacaq cavablanma ilə mövzunu tam oturaq hala gətirdikdən sonra rahatlaşa bilir. Mürəkkəb varlıq olan insan məhz bu mərhələlər əsasında öz həqiqətinin axtarışındadır.
Təbii olaraq qarşılaşılan hadisələr eyni suallarla təhlil tələb edərkən bəzən dərki olduqca mürəkkəb, bəzən isə anlaqlı məsələlər üzərindən araşdırma nəticəsində pərdəni qaldıra bilir. Belə, zahirən sadə, həqiqətdə böyük fəsadlara yol açacaq bir mövzu araya gətirəcək sualları cavablamaqla hal-hazırda gəlməkdə olan qorxulu bir vəziyyətə diqqət çəkməyə ehtiyac var.
Hakimiyyətin hər bir halı ilə rədd etdiyi, lakin beynəlxalq öhtəliklər müqabilndə qəbul etmək məcburiyyətində qaldığı siyasi məhbus problemi. Şübhəsiz, siyasi hadisələr baş verən bir cəmiyyətdə siyasi fikir ayrılıqlarının olması qaçılmazdır. Buna hüquqi həll yolu və ya siyasi təzyiq olaraq həbslərin gerçəkləşməsi ilə nöqtə qoyula bilir.
Əlbəttə, hüquqi həll ilə zor “həllin” arasındakı bəlli nəticələr aydın və izaha ehtiyac duyulmayan bir məntiqə imza atır ki, hüquq ədalətə, zor isə siyasi və ya vicdan məhbusları olan bir sinfi formalaşdırır.
Azərbaycanda siyasi məhbusların artıq illərdır sıralanan həbs dalğasına təbii olaraq hakimiyyətdə güc mexanizminin qanun üzərindən idarə olunması səbəbindən böyük faizlərlə artmağa davam edir. Görünən budur ki, siyasi kursun istiqamət tutduğu tərəf bu qurbanları illərdir nəinki azaltmır, əksinə artırmağa davam edir.
Siyasi vəziyyətin siyasi məhbus problemini qabardan bir gündəm yaradarkən təbii olaraq ilk sual belə qoyulmalıdır: Siyasi məhbus olaraq hədəfə alınan şəxslər hansı addımları çərçivəsində hakimiyyətin həbs məngənəsinə salınır?
Hakimiyyət, rejim hansı narahatlığı yaşamalıdır ki, bu təzyiqlərin əsasını həbslər təşkil etsin?
Bu suala cavabı ilk olaraq Siyasi Məhbusların Manitorinq Mərkəzinin hazırladığı hesabatlarda qeyd olunan katiqoriyalara diqqət edək:
1. Jurnalistlər və blogerlər.
2. 2. Hüquq müdafiəçiləri.
3. 3. Müxalifət partiyalarının və hərəkatlarının üzvləri.
4. Xaricdən deportasiya edilmiş siyasi mühacirlər. 5. İnanclılar.
6. “Tərtər işi" üzrə mühakimə olunanlar (bura Nardaran, Gəncə və sair məkanlar da əlavə oluna bilər).
7. Ömürlük məhkumlar.
Ötəri son on ildə siyasi məhbus siyahısına nəzər salsaq aşağı-yuxarı eyni katiqoriyaların şahidi olacağıq. Təbii olaraq bütün bunlara nəzər salanda bəlli bir səhnəni düşünmək olar. Məsələn (1-ci katiqoriya) jurnalist və blogerlər dünyanın hər yerində olduğu kimi Azərbaycanda da demokratiyanın son nəfəsini aldığı həqiqətləri işqlandıra biləcək aparıcı güc sahibləridirlər. Buna çox saylı korrupsiya faktları, dövlət orqanlarında ağlasığmaz cinayətlər, polis idarələrində işgəncə faktları da əlavə olunanda onların həbslərinin hansı səbəbdən icra edildiyini anlamaq olar.
Hüquq müdafiəçilərinin (2-ci katiqoriya) saysız hesabsız pozulan hüquqlar, qanunsuzluq mühitində baş verənlərə etirazı onların da hədəfə alınacağını təxmin edir.
Hər bir ədalətli hüquq keşikçisi şübhəsiz baş verən haqsızlığa seyrçi mövqedə dura bilməz. Nəticədə bu günün həbs həyatına məhkum edilənlər sırasında hüquq müdafiəçiləri də önəmli simalardandır.
Siyasi məhbus siyahısında inanclılar - Hədəf və səbəb (1-ci hissə)