İsrail Livanda "Hizbullah"ın mövqelərinə zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"a qarşı əməliyyat keçirib.

İsrail ordusu xəbər verir ki, Hizbullahın Livanın cənubunda, Bofor Ric bölgəsində yerləşən yeraltı infrastrukturu hədəfə alınıb.

Bildirilib ki, silahlı təşkilatın yeraltı təsisatları məhv edilib və öz hərbi gücünü rehabilitasiya etmək cəhdlərinin qarşısı alınıb. İtkilər haqqında məlumat verilmir.

Bu iddia ilə İsrail hər gün Fələstində dinc əhalini öldürməkdə davam edir. Artıq qonşu dövlətlərlə müharibə şəraiti dərinləşən İsrail belə bir siyasəti rəhbər tutaraq idarəçilik sistemini davam etdirir.