Qəzza zolağının cənubundakı döyüşlərdə israilli hərbçilərin olduğu zirehli maşın partladılıb.
Bu barədə İsrailin “Times of Israel” qəzeti yazıb.
Bildirilir ki, hadisə nəticəsində yeddi İsrail əsgəri məhv olub. Onların hamısı 605-ci mühəndis batalyonunda xidmət edirdi.
İsrail ordusunun ilkin araşdırmasına görə, bir fələstinli əsgərləri daşıyan zirehli Puma maşınına Xan Yunisdən keçərkən bomba yerləşdirib.
Partlayış avtomobilin alışmasına səbəb olub və onu söndürmək cəhdləri uğursuz alınıb. Yanğın zamanı içəridəki bütün əsgərlər məhv olub.
Yanmış qalıqlar daha sonra Qəzzadan təxliyə edilib.
İsrailli hərbçilər yanaraq məhv oldular