ABŞ iyunun 25-də Çinlə yeni ticarət razılaşması imzalayıb və yaxın vaxtlarda Hindistanla da oxşar bir sazişin bağlanacağına ümid edir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“Biz dünən Çinlə ticarət razılaşması imzaladıq. Çox yeni bir razılaşmadır”, – deyə Tramp Ağ Evdə büdcə və vergi planlarına həsr olunmuş tədbirdə bildirib.
“Gözəl sazişlər hazırlanır. Hindistanla da böyük bir razılaşma ola bilər. Biz Hindistan bazarını amerikalı sahibkarlar üçün açacağıq. Çinlə olan bu razılaşmada isə artıq ABŞ istehsalçıları üçün Çin bazarını açmağa başlayırıq”, – deyə o vurğulayıb.
Tramp razılaşmanın detalları barədə məlumat verməyib.
ABŞ Çinlə ticarət razılaşması imzalayıb