Fransa məhkəməsinin İsrail bayrağını çıxarmaq qərarı

Fransa məhkəməsi Nitsa meriyasının binasından İsrail bayraqlarının götürülməsinə qərar verib. Məhkəmənin qərarı sevinclə qarşılanıb.

Fransanın Nitsa meriyası binasından İsrail bayraqlarının götürülməsi ilə bağlı işə baxılıb. Məhkəmə bayraqların götürülməsinə qərar verib.

Nitsa İnzibati Məhkəməsindən verilən yazılı açıqlamada, məhkəmənin bələdiyyə binasının fasadındakı İsrail bayraqlarının götürülməsinə qərar verdiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, məhkəmə Nitsa şəhərinin meri Kristian Estrosiyə İsrail bayrağını çıxarmaq üçün 5 gün vaxt verib.

 

Məhkəmə 'məhkumlara dəstək olmaq' bəhanəsini qəbul etməyib

Məhkəmə qərara alıb ki, Qərbi Asiyada hücumların miqyası və beynəlxalq gərginlik nəzərə alınmaqla, İsrail bayraqları sadəcə olaraq “məhbuslara dəstək simvolu” kimi görünə bilməz.

Məhkəmə bəyan edib ki, bələdiyyə binasında İsrail bayraqlarının asılması "İsrailə dəstək və siyasi baxışlar ifadəsi" kimi qəbul edilib.

Milli media xəbər verir ki, Estrosi məhkəmənin qərarından sonra meriya binasının fasadından İsrail bayraqlarını yığışdırıb.

                                                                 

Nə baş vermişdi?

Nitsa Bələdiyyəsi 7 oktyabr 2023-cü ildə HƏMAS əməliyyatından sonra meriya binasının fasadına İsrail bayrağı asıb.

Çox sayda vətəndaş və fəal İsrail bayraqlarının götürülməsi üçün Nitsa Bələdiyyəsinə müraciət edib və rədd cavabı aldıqdan sonra inzibati məhkəməyə müraciət ediblər.