"Mançester Siti" "Yuventus"u darmadağın edib

ABŞ-da keçirilən Klublararası dünya çempionatının üçüncü turunda İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Yuventus” komandasını 5:2 hesabı ilə məğlub edib.
 

“Mançester Siti”nin heyətində Jeremi Doku (9-cu dəqiqə), Erlinq Holann (52), Fil Foden (69) və Savinyo (75) fərqləniblər.

Həmçinin 26-cı dəqiqədə “Yuventus”un futbolçusu Pyer Kalulu avtoqola imza atıb.

Turin təmsilçisinin heyətində isə Tyon Kopmeyners (11) və Duşan Vlahoviç (84) qollarla yadda qalıblar.

Bu nəticə ilə “Mançester Siti” qrup mərhələsində liderliyini möhkəmləndirib və növbəti mərhələyə yüksəlmək şansını daha da artırıb.