İşğal altındakı Qüdsdə israilli əsirlərin ailələri Netanyahunun evi qarşısında nümayiş keçirir

İsrailli əsirərin ailələri HƏMAS ilə razılaşmaya mane olduğu üçün növbəti dəfə sionist rejimin baş nazirinin evi qarşısında etiraz aksiyası keçiriblər.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, İsrail əsirlərinin ailələri növbəti dəfə sionist rejimin baş naziri Benyamin Netanyahunun evi qarşısında nümayiş keçirərək, onun əleyhinə şüarlar səsləndiriblər.

Sionist rejim televiziyasının 12-ci kanalı da bu barədə məlumat yayıb ki, sionist əsirlərin ailələri Netanyahunun evinin qarşısında nümayiş keçirməklə eyni vaxtda işğal altındakı Qüds küçəsinin kəsişməsini bağlayıblar.