İsrailin Qəzza zolağına ötən gecə ərzində endirdiyi zərbələr nəticəsində azı 23 fələstinli həyatını itirib.
2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada soyqırım törədən İsrail hücumlarını ara vermədən davam etdirir.
Qəzzanın bir çox bölgəsində gecə boyu həyata keçirilən hücumlarda azı 23 nəfər ölüb, çoxlu sayda yaralı var, 14 nəfərdən isə xəbər yoxdur.
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 17 818-i uşaq, 12 287-si də qadın olmaqla 45 658 fələstinli həyatını itirib, 108 583 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.
Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının şimalındakı Kamal Advan xəstəxanasının müdiri doktor Husam Əbu Səfiyəni saxladığını təsdiqləyib.
Ordunun mətbuat xidmətindən verilən yazılı açıqlamada Əbu Səfiyənin HƏMAS üzvü olması şübhəsi ilə saxlanıldığı iddia edilib.
Fələstinli həkimin harada olduğu və vəziyyəti barədə məlumat verilməyib.
İsrail əsgərləri dekabrın 27-də Kamal Advan xəstəxanasına basqın edərək, Əbu Səfiyə də daxil olmaqla çox sayda adamı saxlayıblar.
Daha əvvəl saxlanılan və keçən həftə azad edilən bəzi qəzzalılar isə Əbu Səfiyənin Negev səhrasındakı Sde Teiman həbsxanasında olduğunu bildiriblər.
Az.shafaqna
İsrail Qəzzaya amansızcasına zərbələr endirməyə davam edir