Husilər Təl-Əvivin yaxınlığında elektrik stansiyasını raketlə vurublar

Yəmənin “Ənsarullah” hərəkatı Təl-Əviv yaxınlığında yerləşən İsrail elektrik stansiyasına hipersonik ballistik raketlə hücum edib.

Bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

Yəmən silahlı qüvvələrinin artilleriya birləşmələri Yaffanın şərqində yerləşən İsrailə məxsus elektrik stansiyasına hücum etmək üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Raket hədəfi dəqiqliklə vurub”, - deyə Səriyanın “əl-Məsira” telekanalı tərəfindən yayımlanan videosunda deyilir.

Sariya həmçinin husilərin Təl-Əviv ərazisindəki hərbi obyektə pilotsuz təyyarə ilə zərbə endirildiyini deyib.

Qeyd edək ki, son dövrlər Ənsarullah İsrail ərazisinə intensiv zərbələr endirir və nəticə olaraq İsrail daxilində dəqiq hədəfləri sıradan çıxarmağa nail olub.